ABŞ dəniz yollarına “əl qoyur” - 100 gəminin marşrutu dəyişdirildi
ABŞ hərbçiləri iyul ayında İranın dəniz blokadası bərpa edildikdən bəri 100 ticarət gəmisinin istiqamətini dəyişdiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
"CENTCOM qüvvələri Amerikanın öz blokadasını bərpa etdiyi son 60 gün ərzində 100 kommersiya gəmisinin marşrutunu dəyişdirib. ABŞ hərbçiləri əvvəlki kimi diqqəti blokadanın təmin edilməsinə yönəldiblər", - deyə qeyd olunub.
Aysel Mətləb