Hörmüzün açılması üçün yeddi şərt... İran ABŞ-dən nə tələb edir?

Hörmüzün açılması üçün yeddi şərt... İran ABŞ-dən nə tələb edir?
12.09.2026 21:04 Dünya

İran və Oman Hörmüz boğazında tezliklə elan olunacaq gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyinə iranlı mənbə bildirib.

Bildirilib ki, İran və Oman arasında əldə olunmuş anlaşma Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutmur, lakin onun açıla biləcəyi əsası formalaşdırır.

Mənbə qeyd edib ki, bu razılaşma İranın boğaz üzərində suverenliyini həyata keçirməsi istiqamətində bir addım olacaq və onun yenidən açılması tamamilə ABŞ-nin Tehranın şərtlərini yerinə yetirməsindən asılıdır.

Nəşr, həmçinin İranın vasitəçilər yolu ilə ABŞ tərəfinə Hörmüz boğazının açılmasının asılı olduğu yeddi şərt təqdim etdiyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər