Xarici diplomatlar Bal Festivalında iştirak etdilər - VİDEO

Xarici diplomatlar Bal Festivalında iştirak etdilər - VİDEO
12.09.2026 20:19 Sosial

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcər rayonunda keçirilən Bal Festivalında iştirak ediblər.

TodayPress TV "Report"a istinadən bildirir ki, diplomatlar festivalda nümayiş olunan yerli arıçıların məhsullarına, o cümlədən müxtəlif növ bal və digər arıçılıq məhsullarına baxıblar.

Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib.

Tədbir İDEA İctimai Birliyi tərəfindən Azərbaycan Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə təşkil olunub.

Festivalda Qarabağ, Şərqi Zəngəzur və Azərbaycanın digər bölgələrindən otuz dörd arıçı fermer iştirak edib.

Tədbirdə həmçinin İDEA tərəfindən həyata keçirilən "Gənc arıçı" layihəsinin iştirakçılarının məhsulları da təqdim olunub.

Festival konsert proqramı ilə davam edib.

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər