Zelenski Trampın yanından “uçdu”, Vaşinqton əvəzinə Kanadaya getdi
Ukrayna Prezidenti Volodimir Zelenski Kanadaya səfər etməklə həm sözün əsl, həm də məcazi mənasında ABŞ Prezidenti Donald Trampın yanından "uçmuş" olub.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb.
Nəşrin ekspertləri qeyd ediblər ki, Zelenskinin səfəri Kanada hakimiyyətinin ABŞ və şəxsən Trampla münasibətlərinin kəskin pisləşdiyi bir vaxta təsadüf edib. Onların fikrincə, bu, Zelenskinin Qərbdəki müxtəlif siyasi düşərgələrlə qarşılıqlı əlaqələrindəki prioritetləri baxımından rəmzi xarakter daşıyır və bu prioritet açıq-aşkar Trampın xeyrinə deyil.
Bildirilib ki, Vaşinqtonda müzakirə olunası məsələlərinin olmasına baxmayaraq, Zelenski nə Kanadaya səfərindən əvvəl, nə də sonra ABŞ-yə baş çəkməyib. Xüsusilə, Kiyev üçün ən vacib məsələlərdən biri "Patriot" HHM sistemləri üçün raketlərin tədarüküdür.
Aysel Mətləb