“Sea Breeze 2026”: İlk finalçı bəlli oldu

“Sea Breeze 2026”: İlk finalçı bəlli oldu
12.09.2026 17:26 İdman

Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində yarımfinal mərhələsinə start verilib.

TodayPress TV xəbər verir ki, ilk yarımfinal görüşündə İsveçrə təmsilçisi "Sankt Mortiz"lə Rusiyanın "Moscow polo club" komandası qarşılaşıb.

Görüş İsveçrə komandasının 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün daha bir görüş baş tutacaq. Azərbaycan təmsilçisi "Elit polo club" Böyük Britaniyanın "Red Star" komandası ilə üz-üzə gələcək.

Oyunlarda qalib gələn komandalar sentyabrın 13-də finalda, məğlublar isə üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.


XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər