Tramp Parisdə Makronla görüşəcək

Tramp Parisdə Makronla görüşəcək
13.06.2026 23:51 Dünya

Fransa Prezidenti Emmanuel Makron G7 sammitindən sonra ABŞ Prezidenti Donald Trampın şərəfinə Versal sarayında təntənəli qəbul təşkil edəcək.

TodayPress TV Bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.

Qəbulun rəsmi səbəbi ABŞ-ın müstəqilliyinin 250 illiyinin qeyd olunması olacaq.

Yelisey sarayında bildirilib ki, Versal sarayı 1783-cü ildə ABŞ-ın müstəqilliyini rəsmiləşdirən müqavilənin burada imzalanmasına görə Fransa-Amerika dostluğunun mühüm simvolu hesab olunur.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər