Tramp: “Nümayəndə heyətinin səfərinin ləğvi İrana zərbə mənasına gəlmir”

Dünya

25.04.2026 21:12

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və müşaviri Cared Kuşnerin Pakistana səfərinin ləğvi İrana qarşı hərbi əməliyyatların bərpası demək deyil.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına müsahibəsində bildirib.

Portalın yazdığına görə, prezident amerikalı nümayəndələrin İslamabada səfərinin təxirə salınmasının ABŞ-nin İrana yenidən zərbələr endirəcəyi mənasına gəlib-gəlmədiyi barədə suala mənfi cavab verib:

"Bu, həmin mənanı vermir. Biz hələlik bu barədə düşünmürük".

Xatırladaq ki, Amerika lideri "Fox News"a müsahibəsində Stiv Uitkoff və Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana getməyəcəklərini bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,İran,Danışıq,Hücum,TodayPress TV,