Tramp Nobel Sülh Mükafatına namizəd oldu

Tramp Nobel Sülh Mükafatına namizəd oldu
09.10.2025 13:38 Dünya

ABŞ Prezidenti Donald Tramp 2025-ci il Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edilib.

TodayPress TV “Pais” qəzetinə istinadən xəbər verir ki, məlumata görə, bu il mükafata 338 namizəd təqdim olunub: 244 fiziki şəxs və 94 təşkilat.

Oslo Sülh Araşdırmaları İnstitutunun (PRIO) direktoru Nina Qreger Trampın namizədlər arasında olduğunu təsdiqləyib. Rəsmi siyahı hələ dərc edilməyib.

Oktyabrın 10-da Nobel Komitəsi qalibi elan edəcək.

Qeyd edək ki, Ağ Evə qayıtdıqdan sonra Tramp dəfələrlə mükafatı qazanmaq arzusunu dilə gətirib və özünü sülhməramlı kimi göstərmək üçün səylər göstərib.

Daha əvvəl Türkiyə Trampın Qəzza zolağında atəşkəsə tez nail olmaq istəməsinin səbəbini açıqlamışdı.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər