Tramp Netanyahuya yerini göstərdi: Qərarları mən verirəm!

Tramp Netanyahuya yerini göstərdi: Qərarları mən verirəm!
08.06.2026 09:45 Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşmanı İsrail qəbul etməli olacaq.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.

“Onun başqa seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları mən qəbul edirəm. O, qərar vermir”, – deyə Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya münasibətdə bildirib.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, İranın son zərbələri Vaşinqton və Tehran arasında mümkün sazişin əldə olunmasına təsir göstərməyəcək. Tramp əlavə edib ki, ABŞ-nin İrana qarşı xüsusi təyinatlı qüvvələrin əməliyyatı keçirməsi variantı da istisna olunmur.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər