Tramp milli kəşfiyyat direktorunu işdən çıxara bilər

Dünya

02.04.2026 16:49

ABŞ prezidenti Donald Tramp son həftələrdə Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın ona sadiq olub-olmaması ilə bağlı şəxsi suallar verib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Mənbələr bildirir ki, Trampın Qabbarda dair şübhələri ötən ay Kapitoli təpəsində keçirilən qlobal təhdidlərə dair dinləmədən sonra artıb. Həmin dinləmədə Qabbard, bir neçə gün əvvəl istefa verən Co Kenti açıq şəkildə qınamaqdan imtina edib. Kent isə İranın ABŞ üçün birbaşa təhlükə yaratmadığını demişdi.

Bildirilir ki, Kentin istefası və müharibə əleyhinə mövqeyi Trampı qəzəbləndirib. Xüsusilə, Qabbardın Kenti müdafiə etməsi və administrasiyanın İrana qarşı mümkün hücum mövqeyini açıq şəkildə dəstəkləməməsi Trampın narazılığına səbəb olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Tramp,Qabbard,MK,Todaypress.tv,