Tramp məhkəməyə verildi

Tramp məhkəməyə verildi
06.10.2025 10:02 Dünya

Kaliforniya və Oreqon ştatları ABŞ Prezidenti Tramp administrasiyasını məhkəməyə verib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Buna səbəb isə Kaliforniya Milli Qvardiyasının 200 əsgərinin Portlend şəhərinə göndərilməsidir.

Bivır dairəsinin baş prokuroru Den Rayfield bildirib ki, bu, məhkəmənin əvvəlki qərarına ziddir və Tramp administrasiyası bu qərardan yayınmağa çalışır. Onun sözlərinə görə, Portlendin belə müdaxiləyə ehtiyacı yoxdur və prezident Kaliforniya Milli Qvardiyasından düzgün istifadə etmir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər