Tramp Makronla yazışmanı sosial mediada paylaşdı
Dünya
20.01.2026 18:17
ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiya ilə bağlı mövqeyini anlamadığını bildirdiyi şəxsi mesajı "Truth Social" hesabında paylaşıb.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Makron mesajında Trampın Qrenlandiya ilə bağlı addımlarını anlamadığını bildirib və onu Parisdə görüşə dəvət edib.
Mesajda Makron Suriyadakı vəziyyət və İranla bağlı məsələlərdə ortaq mövqelərin olduğunu qeyd etsə də, Qrenlandiya məsələsində ABŞ Prezidentinin siyasətinə dair sual ünvanlayıb. O, Trampı 22 yanvarda Parisdə nahar etməyə dəvət edib.
Xatırladaq ki, Qrenlandiya 2009-cu ildən muxtariyyət statusuna malik olsa da, Danimarkanın tərkibində qalır.
ABŞ administrasiyası isə müxtəlif dövrlərdə adanın ABŞ-nin nəzarətinə keçməli olduğunu bəyan edib. Rusiya rəsmiləri də Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını açıqlayıblar.
Jalə Rövşən
tag: Emmanuel Makron ,Donald Tramp, Qrenlandiya,ABŞ ,Todaypress.tv,
