Tramp Netanyahu ilə danışdı: İranla saziş imzalayacaqlar?
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını və söhbətin çox yaxşı keçdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp İsrailin son hərbi addımlarına münasibət bildirərkən, “Ona hücum etdilər və o da cavab verdi. Bu cür davranışına görə onu qınamıram”, deyə qeyd edib.
ABŞ Prezidenti həmçinin İran və İsrail arasında gərginliyin azalacağını düşündüyünü bildirib. Onun sözlərinə görə, hər iki tərəf hərbi fəaliyyətləri dayandırmağa razılaşıb və yaxın günlərdə qarşıdurmanın səngiməsi gözlənilir.
Tramp əlavə edib ki, Vaşinqton və Tehran arasında İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş saziş üzrə danışıqlar yekun mərhələyə çatıb. O, razılaşmanın yaxın günlərdə əldə olunacağını və bunun Hörmüz boğazının açılmasına da şərait yarada biləcəyini vurğulayıb.