Tramp: "İranla münaqişə tezliklə bitəcək"

Tramp: "İranla münaqişə tezliklə bitəcək"
26.04.2026 22:16 Dünya

ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin yaxın zamanda sona çatacağını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində deyib.

Ağ Ev rəhbəri konkret detalları açıqlamayıb.  

Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkian Vaşinqtonu ziddiyyətli siyasətdə ittiham edib. O, ABŞ-nin bir tərəfdən danışıqlardan danışdığını, digər tərəfdən isə Tehrana təzyiq göstərdiyini deyib və bunun dialoqu çətinləşdirdiyini vurğulayıb.

Hazırda ABŞ və İran arasında ötən həftə əldə olunmuş atəşkəs rejimi qüvvədədir. Lakin bölgədə, xüsusilə Hörmüz boğazı üzərindən gəmi hərəkəti xeyli azalıb — münaqişədən əvvəl gündə təxminən 130 gəmi keçdiyi halda, indi bu rəqəm xeyli aşağı düşüb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər