ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi

ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi
15.08.2026 03:50 Dünya

ABŞ Prezidenti Donald Tramp siyasi rəqibləri olan Demokratlar Partiyasına 2024-cü il seçkilərində ona məğlub olan Kamala Harrisi yenidən ABŞ prezidentliyinə namizəd irəli sürməyi təklif edib.

TodayPress TV xəəbər verir ki, bu barədə o, Nassau dairəsindəki polis akademiyasında çıxışı zamanı danışıb.

Lider qeyd edib ki, Harris keçmiş dövlət başçısı Co Baydenin administrasiyasında vitse-prezident vəzifəsində çalışarkən, digər məsələlərlə yanaşı, sərhəd nəzarətinin təmin edilməsinə cavabdeh olub:

"Lakin o, bir dəfə də olsun sərhədə getmədi, bir dəfə də olsun Gömrük və Sərhəd Mühafizəsi Xidmətinə zəng etmədi. Qalan məsələlərdə isə o, əla işləyib. O, əla namizəd idi. Düşünürəm ki, onlar onu yenidən namizəd irəli sürməlidirlər".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər