Tramp G7 sammitində iştirak edəcək? - Ağ Ev açıqladı
ABŞ prezidenti Donald Tramp 15-17 iyun tarixlərində Fransada keçiriləcək G7 sammitində iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Ağ Evin sözçüsü təsdiqləyib.
ABŞ və bir neçə G7 müttəfiqi arasında əhəmiyyətli fikir ayrılıqlarına baxmayaraq, Vaşinqtonu görüşdə dövlət başçısının özü təmsil edəcək.
Qeyd edək ki, Fransa 2026-cı ildə G7-yə sədrlik edir.