Tramp Filippini Qəzza Sülh Şurasına qoşulmağa dəvət etdi
Dünya
06.02.2026 11:41
ABŞ Prezidenti Donald Tramp Filippini öz təşəbbüsü ilə yaradılan Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib.
TodayPress TV xəbər verir ki, bu barədə Filippinin Vaşinqtondakı səfiri Xose Manuel Romualdes məlumat verib.
Onun sözlərinə görə, Tramp Filippin Prezidenti Ferdinand Markosun (kiçik) adına şəxsi məktub göndərərək ölkəni Şuraya üzv olmağa çağırıb.
Səfir bildirib ki, Manila yaxın həftələrdə bu məsələ ilə bağlı qərar verəcək. Hazırda Filippin hakimiyyəti ölkənin Sülh Şurasına hansı sahələrdə töhfə verə biləcəyini araşdırır.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumunda 19 ölkənin nümayəndələri Qəzza sülh prosesi çərçivəsində yaradılan Sülh Şurasının nizamnaməsini imzalayıblar. ABŞ prezidenti digər ölkələrin də bu quruma qoşulduğunu açıqlayıb.
Türkan İsgəndərli
tag: ABŞ,Filippin,Tramp,Qəzza,Todaypress.tv,
