Tramp: "Ərdoğan mənim yaxşı dostumdur, Türkiyə ilə münaqişə gözləmirəm"

Tramp: "Ərdoğan mənim yaxşı dostumdur, Türkiyə ilə münaqişə gözləmirəm"
10.06.2026 21:10 Dünya

ABŞ Prezidenti Donald Trump Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə münasibətlərindən danışaraq, Ankara ilə İsrail arasında mümkün qarşıdurma ehtimalını aşağı qiymətləndirib.

TodayPress TV xəbər verir ki, Tramp jurnalistin Ərdoğanın İsraili təhdid etməsi və Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı sualını cavablandırarkən Ərdoğanı “fövqəladə lider” və “güclü insan” adlandırıb.

“Ərdoğan mənim çox yaxşı dostumdur və biz birlikdə çox yaxşı işləmişik. Mən onu çox bəyənirəm. O, həqiqətən də fövqəladə bir lider və güclü bir insandır”, – Tramp bildirib.

ABŞ prezidenti Türkiyə ilə İsrail arasında mümkün münaqişə barədə məlumatı olmadığını qeyd edib.

“Əgər belə bir şey eşitsəydim, ona zəng edib hər şeyin yaxşı olduğundan əmin olardım. Düşünmürəm ki, Türkiyə ilə belə bir şey baş versin, heç olmasa mən prezident olduğum müddətdə. Çünki o, mənə hörmət edir, mən də ona hörmət edirəm. Bundan başqa, bizim yaxşı bir dostluğumuz var”, – deyə Tramp vurğulayıb.

Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı suala isə konkret cavab verməyərək, “Beləliklə, görəcəyik”, sözləri ilə kifayətlənib.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər