Tramp Davosda qlobal biznes liderləri ilə görüşəcək

Dünya

19.01.2026 17:42

ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu (WEF) çərçivəsində qapalı görüş keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Görüş 21 yanvar Çərşənbə günü baş tutacaq. Tramp həmin gün forumda çıxış edəcək və qəbul da keçiriləcək.

Tədbirdə əsas maliyyə sektorunun, kriptovalyuta sənayesinin və konsaltinq şirkətlərinin baş direktorları iştirak edəcək. Amerika lideri ilə görüşə dəvətnamələr Ağ Ev tərəfindən göndərilib, lakin iştirakçıların tam siyahısı və gündəliyi açıqlanmır.

Davos Forumunda 19-23 yanvar tarixlərində 60-dan çox dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri, eləcə də 800-dən çox top menecer iştirak edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Tramp,İsveçrə,Davos,Todaypress.tv,