Tramp: “Bunu heç kim istəmir”
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına malik olmasının qəbuledilməz olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Tramp çıxışı zamanı, “Siz İranın nüvə silahına sahib olmasını istəyirsiniz? Sizcə, bu yaxşıdır?” sualını səsləndirərək, heç kimin buna razı ola bilməyəcəyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, amerikalılar yüksək benzin qiymətlərini istəməsələr də, bu, onların müharibəyə qarşı olduqları anlamına gəlmir.
Kübra Musayeva