Tramp bu türk ölkəsinə səfər edəcək
ABŞ Prezidenti Donald Tramp Özbəkistana səfər etmək istəyir.
TodayPress TV xəbər verir ki, bunu ABŞ prezidentinin qlobal tərəfdaşlıqlar
üzrə xüsusi nümayəndəsi Paolo Zampolli “O‘zbekiston 24” telekanalına müsahibəsində
bildirib.
Onun sözlərinə görə, Trampın prezident kimi sıx qrafiki var, lakin ABŞ
lideri ona Özbəkistana səfər etmək istədiyini deyib.
“Ümid edirik ki, bu səfər mümkün qədər tez baş tutacaq”, – Zampolli qeyd edib.
O, səfərin konkret tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib.