Tramp amerikalıların “gözündən düşür” - Səbəb İrandır?
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyən amerikalıların sayı 32 faizə düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Ipsos” şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.
Sorğunun nəticələrinə əsasən, ABŞ vətəndaşlarının yalnız 31 faizi Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını dəstəkləyir. Respondentlərin 64 faizi isə bu əməliyyatın əleyhinə çıxış edir.
“Ipsos”un qiymətləndirməsinə görə, Trampın populyarlığının azalmasına İranla münaqişə fonunda yanacağın qiymətinin artması təsir göstərib. Bu isə ABŞ-də ev təsərrüfatlarının maliyyə yükünü artırıb.
Kübra Musayeva