Tramp Ağ Evdə finlandiyalı həmkarını qəbul edəcək

Tramp Ağ Evdə finlandiyalı həmkarını qəbul edəcək
06.10.2025 23:15 Dünya

ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Ağ Evdə finlandiyalı həmkarı Aleksandr Stubbu qəbul edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.

Qeyd edilir ki, Finlandiya Prezidenti ABŞ-yə işgüzar səfər edəcək. Levittin sözlərinə görə, həmin gün Amerika Prezident Kabinetinin iclası da baş tutacaq.

Mətbuat katibi Trampın oktyabrın 7-də Ağ Evdə Kanadanın Baş naziri Mark Karnini qəbul edəcəyini təsdiqləyib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər