Tramp: “ABŞ-nin 500 illik neft ehtiyatı var”
ABŞ Prezidenti Donald Tramp Venesuela ilə əldə olunan enerji sazişi nəticəsində ölkəsinin böyük neft ehtiyatlarına çıxış əldə etdiyini iddia edib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Dallasda Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı danışıb.
Ağ Ev rəhbəri bildirib ki, Venesuelanın ehtiyatları da nəzərə alınmaqla ABŞ-ın 65 milyard barel neftə çıxışı var.
“Bu, ömürlükdür, 500 ildir”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri həmçinin Vaşinqtonla Karakas arasında hazırda “əla münasibətlər” qurulduğunu iddia edib.
Türkan İsgəndərli