Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi
ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə “Ford” sinifli təyyarədaşıyan gəmilərdə qırıcıların havaya qalxması üçün elektromaqnit katapultlardan imtina edərək buxar katapultlarına qayıtmağı tapşıran memorandum imzalayıb.
TodayPress TV xəbər verir ki, dəyişikliklərin “Ford” sinfinin tikiləcək dördüncü gəmisi - USS Doris Millerdən başlanması planlaşdırılır.
Qeyd olunur ki, elektromaqnit katapult sistemi “Ford” sinifli təyyarədaşıyanların əsas texnoloji elementlərindən biridir. Buxar sisteminə qayıdışın ABŞ-a milyardlarla dollara başa gələcəyi və gələcək gəmilərin konstruksiyasında ciddi dəyişikliklər tələb edəcəyi gözlənilir.
Kübra Musayeva