Tramp 2028-ci ildə keçiriləcək seçkilərdə kimi dəstəkləyəcək?
Dünya
10.03.2026 12:28
ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi administrasiyasından iki siyasətçidən birini dəstəkləməyi nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, Tramp Floridadakı Mar-a-Laqo qolf klubunda sponsorlarla görüş zamanı qonaqlardan soruşub ki, o, vitse-prezident Ceyms Devid Vensi, yoxsa dövlət katibi Marko Rubionu dəstəkləməlidir.
Qəzetin yazdığına görə, tədbirdə iştirak edənlərin reaksiyasına əsasən qonaqlar Rubionu daha gur alqışlarla qarşılayıblar.
Buna baxmayaraq, hər iki siyasətçiyə yaxın şəxslər onların dost münasibətlərinin olduğunu bildirir. Rubio həm açıq şəkildə, həm də şəxsi söhbətlərində Venslə rəqabət aparmaq niyyətində olmadığını deyib. Hazırda Vens Respublikaçılar Partiyasından 2028-ci il seçkilərində mümkün əsas namizədlərdən biri hesab olunur.
Bununla belə, qəzet yazır ki, Tramp son vaxtlar Rubiaya daha çox rəğbət göstərir. ABŞ prezidentinin yaxın çevrəsinə dövlət katibinin seçkilərdə qalib gəlmək şansının olduğunu dediyi bildirilir.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,Respublikaçılar ,Mar-a-Lago,TodayPress TV,
