Torpaq sürüşməsi avtobus qəzasına səbəb oldu
Hindistanın Himaçal-Pradeş ştatında sərnişin avtobusu torpaq sürüşməsi səbəbindən qəza keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə "People.com" məlumat yayıb.
Bildirilir ki, avtobusda 30-dan çox insan olub, 15 nəfər ölüb. Xilasedicilər dağıntıları təmizləyərək üç nəfəri sağ çıxarıblar.
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində bir çox evə zərər dəyib.
Türkan İsgəndərli