Tokayev təcili tədbirlərin planlaşdırılmasını əmr etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasına İran ətrafında gərginləşən vəziyyətlə əlaqədar təcili tədbirlər planı təqdim etməyi tapşırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin müşaviri və mətbuat katibi Aybek Smadiyarov məlumat verib.
“Prezident Tokayev Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletova təhlükəsizlik qurumları və müvafiq nazirliklərin rəhbərləri ilə birlikdə İran ətrafında gərginləşən vəziyyət və ölkəmizdə sabitliyə mümkün təhdidlər nəzərə alınmaqla fövqəladə tədbirlər üçün hazırlanmış plan təqdim etməyi tapşırıb”, - deyə bildirilib.
Aysel Mətləb