Tokayev Qrenlandiyanın ABŞ-yə icarəyə verilməsini təklif etdi

Dünya

05.02.2026 21:50

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Danimarka və ABŞ-nin Qrenlandiyanın 120 il müddətinə icarəyə verilməsi ilə bağlı razılaşma imkanını nəzərdən keçirə biləcəyini deyib.

TodayPress TV xəbər verir ki, bu barədə o,  Pakistanın “The News International” qəzetinə verdiyi müsahibədə danışıb. 

Tokayevin sözlərinə görə, mümkün razılaşmaya əsasən Qrenlandiya hüquqi baxımdan Danimarkanın tərkib hissəsi olaraq qalacaq və bu, ölkənin suverenliyinin pozulması mənasına gəlməyəcək. Prezident vurğulayıb ki, bu cür praktiki razılaşmalar tərəflərin ümumi strateji maraqlarına xidmət edə bilər. 

Qazaxıstan lideri qeyd edib ki, 120 illik icarə modeli həm Vaşinqtonun, həm də Kopenhagendən olan tərəfdaşların maraqlarını balanslaşdıra biləcək alternativ variant kimi dəyərləndirilə bilər. 

Aysel Mətləb

TodayPress TV

tag: Tokayev ,Qrenlandiya,ABŞ,İcarə,Todaypress.tv,