Timsah çay kənarında olan şəxsə hücum etdi
Hindistanın Odişa əyalətində 57 yaşlı Soudamini Mahala adlı qadın Harasrota çayında timsahın hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Şahidlərin sözlərinə görə, nəhəng timsah qəfildən qadının üzərinə atılıb və onu sürüyərək dərin çaya aparıb. Yerli sakinlər qadını xilas etməyə çalışsalar da, bu, baş tutmayıb.
Hadisə yerinə gələn xilasedicilər və polis əməkdaşları axtarış işlərinə başlayıblar, amma hələlik nəticə barədə məlumat yoxdur.
Rəsmilər və yerli sakinlər çayda timsahların çox olduğunu və orada təkbaşına üzməyin təhlükəli olduğunu xəbərdar edirlər.
Türkan İsgəndərli