TƏCİLİ: ABŞ İrana yenidən hücuma keçdi - HHM sistemləri işə salındı - YENİLƏNİB
ABŞ ordusu, Baş komandanın əmri ilə İrandakı hədəflərə əlavə zərbələr endirməyə davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Şərq Sahil Vaxtı ilə saat 17:15-də (Bakı vaxtı ilə 11 iyun saat 01:15 - Qeyd) Ali Baş Komandanın əmri ilə Mərkəzi Komandanlıq qüvvələri İrandakı bir sıra hədəflərə qarşı özünümüdafiə məqsədilə əlavə zərbələr endirməyə başlayıb", - deyə bəyanatda bildirilib.
xxx
ABŞ ordusu yenidən İrana hücuma başlayıb.
TodayPress TV xəbər verir ki, İranda hava hücumundan müdafiə sistemləri işə salınıb.
Mehr xəbər agentliyinin məlumatına görə, Fars əyalətindən və Tehranın qərbindən hava hücumundan müdafiə fəaliyyətləri barədə məlumatlar daxil olur.