TBMM sədri: "BMT artıq münaqişələri və müharibələri dayandıra bilməz"
Dünya
15.04.2026 22:50
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş BMT-nin münaqişələri və müharibələri dayandırmaq qabiliyyətini itirdiyini və hakimiyyətdə olanlar tərəfindən idarə olunduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, İstanbulda keçirilən Parlamentlərarası İttifaqın Assambleyasının sessiyasının açılışında çıxış edərkən bildirib.
“Biz bəşəriyyət üçün lazım olan bütün təsisatların mövcud olduğu bir dövrdə yaşayırıq. Lakin elə bir vəziyyətə gəlib çatmışıq ki, onların demək olar ki, heç biri işləmir. Açıq danışsaq, məsələn, bəşəriyyətin ən nümayəndəli institutlarından biri olan BMT-nin nə faydası oldu? Son zamanlar BMT-nin hansısa münaqişəyə, hansısa müharibəyə son qoya bildiyini görmüşükmü? Təəssüf ki, BMT güc sahiblərinin istədiyi kimi idarə olunan və yönləndirilən beynəlxalq bir instituta çevrilib", - deyə sədr qeyd edib.
Aysel Mətləb
tag: BMT,Müharibə,Türkiyə,Numan Kurtulmuş,TodayPress TV,
