Tbilisi erməni deputatların addımına etiraz etdi

Dünya

03.11.2025 17:45

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani “Avronest” Parlament Assambleyasının Gürcüstanla bağlı qətnaməsini imzalayanlar arasında erməni deputatların da olmasına münasibət bildirib.

TodayPress TV Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Tsilosani bu addımı təəssüf doğurucu adlandırıb.

Onun sözlərinə görə, sənədi dəstəkləyən erməni deputatlar öz baş nazirlərinə etimad göstərməyiblər:

“Qətnaməni əvvəllər də Gürcüstana qarşı mənfi mövqe tutmuş Avropa Parlamentinin nümayəndələri dəstəkləyib. Ermənistan parlament üzvləri bu sənədi imzalamaqla, əslində, baş nazirlərinə etimadsızlıq nümayiş etdirdilər. Halbuki Ermənistanın baş naziri dəfələrlə Gürcüstana rəsmi və işgüzar səfərlər edib və xalq tərəfindən seçilmiş hökumətlə görüşlər keçirib”.

Jalə Rövşən

TodayPress TV

tag: Gürcüstan,Nino Tsilosani,Erməni deputatlar,Qətnamə,Todaypress.tv,