Takaici Trampı Nobel Sülh Mükafatına namizəd göstərdi
Yaponiyanın yeni Baş naziri Sanae Takaici ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Kerolayn Levitt “TASS” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Takaici Tokioda Trampla görüş zamanı bu niyyətini rəsmi şəkildə bəyan edib.
“The Washington Post” nəşrinin Ağ Ev rəsmisinə istinadla verdiyi məlumata əsasən, Takaici görüş zamanı Trampa namizədliyə dair sənədləri şəxsən təqdim edib.
Qiymət Mahir