Tailand neft məhsullarının ixracını dayandırdı
Tailand Yaxın Şərqdə artan münaqişə fonunda neft məhsulları və mayeləşdirilmiş neft qazının (LPG) ixracını müvəqqəti olaraq dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Anuthin Çarnvirakul fərman imzalayıb.
Sənədə əsasən, qərar Myanma və Laos üçün istisna təşkil edir. Belə ki, həmin ölkələrə neft məhsulları və fərdi mühafizə vasitələrinin tədarükü davam etdiriləcək.
Bildirilib ki, fərman növbəti xəbərdarlığa qədər qüvvədə qalacaq.
Türkan İsgəndərli