Suriyada kürdlərlə tam atəşkəs razılaşdırıldı

Suriyada kürdlərlə tam atəşkəs razılaşdırıldı
07.10.2025 17:39 Dünya

Suriya “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyasının komandanlığı ilə ölkənin şimal və şimal-şərq bölgələrində bütün cəbhə boyunca atəşkəs barədə razılığa gəlib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Suriya müdafiə naziri Mərhəf Əbu Kəsra razılaşmanın Dəməşqdə SDQ komandanı Fərhad Abdi Şahin (Məzlum Kobani) ilə görüş zamanı əldə olunduğunu bildirib.

"Suriyanın şimalı və şimal-şərqində bütün istiqamətlərdə və hərbi mövqelərdə hərtərəfli atəşkəs barədə razılığa gəldik",-nazir deyib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər