Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçdi
Suriyanın Latakiya kəndi ərazisində başlayan yanğın Türkiyənin Hatay vilayətinə keçib.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, Hatayın Yayladağı və Samandağ rayonlarında açıq ərazilər yanır.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.