Suriya xarici işlər naziri Türkiyəyə səfər edəcək
Suriya xarici işlər naziri Əsəd Əl-Şeybani Türkiyəyə səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində danışıb.
O, 7 oktyabr Türkiyədə həmkarı ilə görüşəcəyini deyib.
H.Fidan görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlamayıb.