Suriya Hələbdəki əməliyyatını başa çatdırdı
Suriya Əməliyyatlar İdarəsi Hələbin Şeyx Maqsud məhəlləsindəki əməliyyatı tam başa çatdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
Buna baxmayaraq, Suriya Demokratik Qüvvələri (SDF) döyüşlərin hələ də davam etdiyini bildirirlər.
Dekabrın 23-də Suriya hökumətinə bağlı ordunun və kürd silahlı qruplaşmaların qarşıdurması səbəbindən Hələbdə təhsil müəssisələrində dərslər dayandırılıb və dövlət qurumlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Türkan İsgəndərli