Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib

Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
14.06.2026 12:25 Dünya

Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiya Federasiyasının kölgə donanmasına məxsus neft tankerini ələ keçirib.

TodayPress TV  xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer "X" sosial şəbəkə hesabında yazıb.

"Bu gün səhər tezdən mən Silahlı Qüvvələrimizə La-Manşdan keçməyə cəhd edən kölgə donanmasının neft tankerini ələ keçirmək əmri verdim. Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurur və Ukraynadakı müharibəni qidalandıranlara gizlənmələrinə imkan verməyəcəyimizi xatırladır", - o bildirib.

Starmer, həmçinin ölkənin təhlükəsizliyini təmin edən hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

O, digər təfərrüatları açıqlamayıb.

TodayPress TV 

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər