SON DƏQİQƏ! SEPAH İsrailə qarşı əməliyyata başladı

SON DƏQİQƏ! SEPAH İsrailə qarşı əməliyyata başladı
08.06.2026 09:32 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Nəsr” adlı əməliyyata başladığını elan edib.

TodayPress TV xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata görə, əməliyyat “Ya Heydər əl-Kərrar” şüarı altında həyata keçirilir və 12 günlük müharibənin şəhidlərinə həsr olunub.

Bildirilib ki, əməliyyat çərçivəsində İsrailin Tel-Nof və Nevatim strateji hava bazalarında yerləşən mühüm obyektlər hədəfə alınıb.

SEPAH qeyd edib ki, bu addım İsrailin İran ərazisindəki bir neçə radar məntəqəsinə endirdiyi raket zərbələrinə cavab olaraq atılıb. Bəyanatda həmçinin vurğulanıb ki, qurumun bütün döyüş və əməliyyat bölmələri tam hazırlıq vəziyyətindədir və mümkün ssenarilərə uyğun fəaliyyət planları hazırlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər