SON DƏQİQƏ! İrandan Türkiyəyə BALLİSTİK RAKET atıldı

Dünya

04.03.2026 16:42

Martın 4-də Türkiyə hava məkanına doğru hərəkət edən ballistik raket məhv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran sosial media hesabında məlumat yayıb.

Məlumata görə, raket İrandan buraxılıb, İraq və Suriyanın hava məkanından keçərək Hatay bölgəsinə istiqamətlənib.

Bildirilib ki, raket NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Türkiyə Müdafiə Nazirliyi də faktı təsdiqləyib. Qeyd olunub ki, raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən aşkar edilərək dərhal ələ keçirilib.

Nazirliyin məlumatına əsasən, vurulan raketin qəlpələri Hatay vilayətinin Dörtyol rayonuna düşüb. Hadisə nəticəsində xəsarət alan və ya dağıntı qeydə alınmayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Türkiyə,İran,İsrail,Raket,Todaypress.tv,