SON DƏQİQƏ: İran-İraq sərhədində güclü partlayış baş verdi
İranın cənubunda yerləşən Ərvandkənar bölgəsində, İraqın Fav şəhəri yaxınlığında naməlum mənşəli partlayış baş verib.
TodayPress TV xəbər verir ki, hadisə yerindən qalın tüstünün yüksəldiyi müşahidə olunub.
Mənbələrin məlumatına görə, ərazidə güclü partlayış səsi eşidilib. Hadisənin səbəbi və mümkün nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Partlayışın baş verdiyi ərazi İran-İraq sərhədinə yaxın yerləşir. Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.