Solomonda 6,2 maqnitudada zəlzələ
Solomon adalarında Santa Kruz arxipelaqının sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri Vanuatu Respublikasına aid olan və təxminən 1,1 min insanın yaşadığı Sola şəhərindən 289 km şimal-qərbdə, ocağı təxminən 53 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.