Sırski: Ukrayna cəbhədə təşəbbüsü ələ keçirməyə çalışır
Dünya
09.03.2026 18:00
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-polkovnik Aleksandr Sırski ordunun bəzi yerlərdə irəlilədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, general-polkovnik Ukrayna ordusunun döyüş meydanında təşəbbüsü ələ almağa və Rusiya qüvvələrini öz qaydaları ilə oynamağa məcbur etməyə çalışdığını bildirib.
Aleksandr Sırski qeyd edib ki, Ukrayna ordusu 2024-cü ildə Rusiyanın Kursk vilayətinə hücum etdikdən sonra ilk dəfə olaraq, bir ay ərzində qarşı tərəfin eyni vaxtda ələ keçirdiyindən daha böyük ərazi üzərində nəzarəti bərpa edib:
“Aleksandrovka istiqamətində əks-hücum əməliyyatını davam etdiririk. Bölmələrimiz burada bir ay ərzində 285,6 kvadrat kilometr əraziyə nəzarəti bərpa edib. Əməliyyatın əvvəlindən bəri ümumilikdə 400 kvadrat kilometrdən çox əraziyə nəzarət bərpa olunub”.
Həmçinin, o əlavə edib ki, Ukrayna qüvvələri bir çox başqa istiqamətlərdə aktiv müdafiə yolu ilə Rusiyanı cilovlayır və bəzi yerlərdə irəliləyir.
tag: Aleksandr Sırski,Ukrayna,Ordu,Təşəbbüs,Todaypress.tv,
