Simonyan Türkiyəyə səfər edəcək

Simonyan  Türkiyəyə səfər edəcək
13.03.2026 11:59 Dünya

Ermənistan Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə  Ermənistan Parlamentinin veb saytında məlumat verilib. 

Qeyd edilib ki, Milli Assambleyanın deputatları aprelin 16-dan 19-dək Parlamentlərarası İttifaqın iclasında iştirak edəcəklər. Nümayəndə heyətinə həmçinin millət vəkilləri Sarkis Xandanyan, Tsovinar Vardanyan və Hasmik Hakobyan da daxil olacaq. Parlament aparatının üzvləri də Türkiyəyə səfər edəcək.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildən bağlıdır. 

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər