Simonyan: "Ermənistan AİB-dən çıxmamalıdır"
Dünya
05.02.2026 15:15
Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmalı olduğunu düşünmür
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə ölkənin Avropa İttifaqına qoşulmaq niyyəti ilə bağlı mövqeyini şərh edərkən bildirib.
“AİB-ə gəldikdə isə, biz ondan çıxmalı olduğumuza inanmırıq. Hər iki tərəfə fayda verəcək bir həll yolu tapmaq üçün birlikdə işləyə biləcəyimizə inanırıq”, – Simonyan qeyd edib.
Xatırladaq ki, Ermənistanın AİB-dən nəzəri çıxışı ilə bağlı müzakirələr parlamentin 26 mart 2025-ci ildə Avropa İttifaqına qoşulmaq niyyəti barədə qanun layihəsini qəbul etməsindən sonra başlayıb. Lakin Aİ Ermənistan üçün üzvlük təklif etməyib, müxalifət isə sənədi hüquqi baxımdan absurd adlandırıb.
Baş nazir Nikol Paşinyan izah edib ki, Avropa İttifaqına qoşulma qərarı referendum olmadan verilə bilməz. Bununla belə, o etiraf edib ki, 20 il sonra Ermənistanı Avropa İttifaqının bir hissəsi kimi görür.
Jalə Rövşən
tag: Alen Simonyan ,Ermənistan, Avrasiya İqtisadi Birliyi,Aleksey Overçuk ,Todaypress.tv,
