Şimali Koreya Yapon dənizinə doğru 10 raket atdı

Şimali Koreya Yapon dənizinə doğru 10 raket atdı
14.03.2026 22:40 Dünya

Şimali Koreya ABŞ-Cənubi Koreya təlimləri zamanı Yapon dənizinə doğru cəmi 10 ballistik raket atıb.

TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Bildirilib ki, raketlər Pxenyan Beynəlxalq Hava Limanının yerləşdiyi Sunan limanından atılıb və onların mənzili 350 km olub.

Komitə qeyd edib ki, ordu nəzarəti gücləndirib və mümkün əlavə atışa hazırdır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər