İspaniyada üç günlük matəm elan edildi

İspaniyada üç günlük matəm elan edildi
28.10.2026 19:08 Dünya

İspaniya hakimiyyəti Toledo əyalətində baş vermiş dəmir yolu qəzası nəticəsində həlak olanlarla əlaqədar üç günlük milli matəm elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniya hökumətinin başçısı Pedro Sançes məlumat verib.

“Oktyabrın 29-dan 31-dək davam edəcək üç günlük rəsmi matəm elan edəcəyik”, – deyə o bildirib.

Son məlumatlara görə, qatarların toqquşması nəticəsində 68 nəfər həlak olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər