Siciliyada Etna vulkanı püskürdü

Siciliyada Etna vulkanı püskürdü
28.12.2025 16:30 Dünya

Etna vulkanın şimal-şərq kraterində aktivlik qeydə alınıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Bildirilib ki, bir neçə saatlıq nisbi sakitlikdən sonra yerli vaxtla saat 14:15-də yeni lava fəvvarəsi epizodu başlayıb. Püskürmə nəticəsində lava təxminən 400 metr hündürlüyə qalxıb. Mütəxəssislər Etnada fəaliyyətin yeni mərhələsinin dekabrın 24-dən etibarən başladığını qeyd edirlər.

Hazırda vulkanın aktivliyi nəzarət altındadır. Püskürmə ilə bağlı yaşayış məntəqələrinə təhlükə, eləcə də tələfat barədə məlumat verilməyib. Müşahidələr davam etdirilir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər